Gəncədə kişi borca görə öldürüldü
28 avqust 2020-ci il tarixdə Gəncə şəhər sakini, 1953-cü il təvəllüdlü Dəmirov Yusif Fərhad oğlunun yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. Gəncə Şəhər Prokurorluğundan Sfera.az-a verilən məlumata görə, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər