Mağaza və salonlara hücum edən şəxs saxlanıldı - FOTO
Paytaxtda yerləşən mağazalara və gözəllik salonlarına daxil olaraq, xidmət personalını qeyri-etik ifadələrlə təhqir edən, sosial şəbəkələrdə narkotik və psixotrop maddələri təbliğ edən şəxs müəyyən olunaraq saxlanılıb. DİN Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, 1990-cı il təvəllüdlü Tağıyev Kənan Telman oğlunun şəxsi axtarış zamanı üzərindən və yaşadığı ünvandan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb. O, ilkin ifadəsində narkotik istifadəçisi olmasını, törətdiyi