Azərbaycanda dəhşət - Kişi arvadının başını kəsdi, oğlunu yaraladı
Abşeron rayonunda qətl hadisəsi olub. Sfera.az xəbər verir ki, hadisə dekabrın 18-i saat 15 radələrində Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ərazisində qeydə alınıb. Belə ki, 1959-cu il təvəllüdlü Ağaməhəmməd Əhmədovun yaşadığı evdə aralarında yaranan mübahisə zamanı arvadı, 1963-cü il təvəllüdlü Bəsti Əhmədovanın başını kəsərək öldürüb, oğlu 1985-ci il təvəllüdlü Taleh Əhmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Fakt ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət