Keçmiş MTN polkovnikinin məhkəməsinin vaxtı MƏLUM OLDU
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Qusar, Kürdəmir rayon şöbələrinin sabiq rəisi, polkovnik Bahadir Qocayevin məhkəməsinin vaxtı məlum olub. Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası 2022-ci ilin yanvarın 10-na təyin edilib. Cinayət işi hakim İradə Həsənzadənin sədrliyi ilə araşdırılacaq. Qeyd edək ki, B.Qocayevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham