Azərbaycanda açılmış cinayətlərin sayı məlum oldu
Ötən il Azərbaycanda açılmış cinayətlərin sayı məlum olub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, 2021-ci ildə həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə DİN və prokurorluq üzrə qeydə alınan 29 327 cinayətin 88,9%-nin (+3,4%) açılması təmin edilib. Bundan başqa, ağır və xüsusilə ağır cinayətlərin 83%-i, qeyri-aşkar şəraitdə baş verənlərin 83,4%-i, şəxsiyyət əleyhinə olanların 98%-i, onlardan qəsdən sağlamlığa ağır zərər vurmaların