Bakıda ögey ananı öldürüb gölə atdılar - Ərlə arvadın ŞOK CİNAYƏTİ + FOTOLAR
2021-ci il aprelin 1-də Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 12 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində qətl hadisəsinin baş verməsi barədə polisə məlumat daxil olur. Daxil olan məlumat əsasında həmin evə gedən əməliyyatçılar orada yaşayan, 1979-cu il təvəllüdlü Qərənfil Baxşəliyevanın yoxa çıxdığının şahidi olublar. Həmçinin, mənzilin divarında, sanitar qovşağının sağ tərəfində və evin giriş qapısında, üzərində qanabənzər ləkələr müşahidə ediblər.