Bakıda qardaş bacısını bıçaqlayaraq öldürdü
Kateqoriya məlum deyil
Bakı şəhərinin Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Sfera.az bildirir ki, ölkə.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən gün günorta saatlarında Binəqədi qəsəbəsi, Həmzə Babaşov küçəsində qeydə alınıb.
Belə ki, qardaş bacısına bıçaqla xəsarət yetirib. Hadisə nəticəsində qadın aldığı xəsarətlərdən həyatını itirib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidməti Ölkə.az-a faktı təsdiqləyib.
Açar sözlər:






