8 yaşlı bacısı qızını öldürdü - Dəhşətli səbəb
Hindistanda 8 yaşlı qızın ritual məqsədilə qətlə yetirilməsində şübhəli bilinən üç nəfər saxlanılıb.
Sfera.az xəbər verir ki, hadisə ölkənin Carkhand ştatında baş verib.
Məktəbli qız noyabrın 8-də Çatti-Anantapur kəndində itkin düşüb. Anası onu axtarsa da, tapa bilməyib və polisə müraciət edib. Beş gün sonra azyaşlının meyiti evindən təxminən 150 metr aralıda, düyü sahəsinin yaxınlığındakı kolluqda aşkarlanıb.
Hadisədən bir gün sonra polis cinayətdə şübhəli bilinən üç nəfəri saxlayıb. Onların azyaşlanın 35 yaşlı xalası, 32 yaşlı qadın və 27 yaşlı kişi olduğu bildirilib.
Şübhəlilər məhkəməyə aparıldıqdan sonra barələrində həbs qətimkan tədbiri seçilib.
Polisin məlumatına görə, qızın xalası xalq təbabəti ilə məşğul olub və okkult rituallar həyata keçirib. İstintaqın versiyasına əsasən, o, mistik güc əldə etmək məqsədilə yeni ay çıxan gecə bacısı qızını qurban vermək qərarına gəlib.
Axtarışlar zamanı polis qan izləri olan oraq, geyim əşyaları və ritual mərasimlərdə istifadə edildiyi ehtimal olunan predmetlər aşkarlayıb./nyus24






