Binəqədi
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb. Bildirilib ki, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Binəqədi qəsəbəsinin, Baksol yolunun, Binəqədi şosesinin, 1-ci, 2-ci və 3-cü Mədən ərazisinin bir hissəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Cəmiyyət22.10.2026 22:30
İcra başçısı üç vəzifəli şəxsi İŞDƏN ÇIXARDI
Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikləri və təyinatları olub. Sfera.az xəbər verir ki, bununla bağlı icra başçısı Elxan Allahverdiyev sərəncam imzalayıb. Belə ki, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Rauf Həsənov vəzifəsindən azad olunub. Onun yerinə Azər Kərimov təyin edilib. A.Kərimov bu təyinatadək Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunda Baş məsləhətçi vəzifəsində çalışıb. Bundan
Cəmiyyət21.10.2026 20:00
Bakının bu rayonlarının bir hissəsi işıqsız qalacaq
Sabah Bakının Yasamal, Nizami və Binəqədi rayonlarının bəzi ərazilərinə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. Sfera.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsi məqsədilə oktyabrın 21-də Yasamal, Nizami və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində təmir işləri aparılacaq.
Cəmiyyət20.10.2026 23:24
Bakının bu hissəsində binalar sökülə bilər
Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində qəzalı vəziyyətdə olan bir neçə bina sökülə bilər. Sfera.az xəbər verir ki, qəsəbədə yerləşən A. Zeynallı küçəsi 35 ünvanındakı 1A saylı bina, A.Zeynallı küçəsi 37 ünvanındakı 2A saylı bina, M. S. Ordubadi küçəsi 15 ünvanındakı 3 saylı bina və A. Zeynallı küçəsi 37 ünvanındakı 4A saylı binanın sökülməsi nəzərdən keçirilir. Məlumata əsasən, sözügedən binaların qəzalı vəziyyətdə olması onların gələcəkdə söküntü proqramına daxil edilməsini gündəmə
Cəmiyyət28.08.2026 18:51
Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO
Bakıda ağır cinayət hadisəsi baş verib. Sfera.az xəbər verir ki, bu ilin may ayında Bakı şəhəri, Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən həyət evlərindən birində cinayət hadisəsi baş verib. 1974-cü il təvəllüdlü Gülarə Quliyeva 21 dəfə bıçaqlanaraq qətlə yetirilib, daha sonra isə onun yaşadığı ev yandırılıb. Cinayəti törətməkdə şübhəli bilinən G.Quliyevanın qeyri-rəsmi nikah münasibətində olduğu 1962-ci il təvəllüdlü Heydər Qarayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla
Kriminal17.08.2026 22:53
Paytaxtın iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bakının Binəqədi və Sabunçu rayonlarında iki küçədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bu barədə Sfera.az -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bildirilib ki, təmir işləri ilə əlaqədar avqustun 12-də saat 08:00-dan Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Ruslan Allahverdiyev küçəsinin bir hissəsində, saat 11:00-dan isə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsinin bir hissəsində hərəkət dayandırılacaq. Məhdudiyyət təmir
Cəmiyyət11.08.2026 21:20






