Logo

Məhkəmə general qızı ilə bağlı QƏRAR VERDİ

Məhkəmə general qızı ilə bağlı QƏRAR VERDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

General-mayor Natiq Əliyevin dünən gecədən saxlanılan qızı Türkər Əliyeva məhkəməyə çıxarılıb.

Sfera.az-ın məlumatına görə, onunla bağlı təqdimata Sumqayıt Şəhər Məhkəməsində baxılıb.

Prokuror təqsirləndirilən şəxsin ağır cinayətdə təqsirləndirildiyini, ən əsası şahidlərə təsir imkanının olduğunu əsas gətirərək həbs edilməsini tələb edib.

Türkər və vəkili isə əksinə təqdimatın əsaslı olmadığını deyib, təmin edilməməsini xahiş ediblər. Vəkil müvəkkilinin 4 azyaşlı uşağı olduğunu da məhkəmənin diqqətinə çatdırıb.

Məhkəmə təqsirləndirilən şəxsin həbsinə əsas görməyib. Qərara əsasən həbs qətimkan tədbirinin seçilməsindən imtina olunaraq Türkel barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Hakim təqsirləndirilən şəxsin himayəsində 3 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağının olmasını, uşaqlarını təkbaşına böyütməsini, vurulmuş ziyandan müəyyən məbləğdə geri qaytarılmasını nəzərə alıb.\\qafqazinfo.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR