Rəqsanə sənətdən gedir
Kateqoriya məlum deyil
Müğənni Rəqsanə İsmayılova sənətdən gedir.
Sfera.az xəbər verir ki, ifaçı bu barədə "10+" verilişində danışıb:
"Hələ özüm ola bilmirəm. Qarşıda görüləsi çox işim var. Onları bitirəndən sonra, dərindən nəfəs alıb "bitdi" deyib, həmin Rəqsanə olacağam. O günü, o saatı gözləyirəm, mənə o lazımdır. Bu sənətdə çox qalmaq istəmirəm.
Qarşıma məqsəd qoymuşam, biznes qurub sənətdən uzaqlaşmaq istəyirəm. Yoruldum".






