Logo

Xəzər və Yasamal rayonlarında oğurluq edənlər saxlanıldı

Xəzər və Yasamal rayonlarında oğurluq edənlər saxlanıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəzər rayonu ərazisində yerləşən iki mağazadan oğurluq edilib.

Sfera.az xəbər verir ki, hadisələr nəticəsində obyektlərdən ümumilikdə 1000 manat nağd pul, 3800 manat dəyərində kompüter, spirtli içki və tütün məmulatları talanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 20 yaşlı E.Nadirov, 23 yaşlı İ.Ağabalayev və 18 yaşlı Y.Quliyev müəyyən olunaraq saxlanılıblar.

Yasamal rayonunda isə evlərin birindən 1250 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 53 yaşlı Q.Əliyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR