“Kurtlar Vadisi Pusu”da öldürüldü, 3 gün sonra gerçək oldu – Türkiyənin danışdığı hadisə

“Kurtlar Vadisi Pusu”da öldürüldü, 3 gün sonra gerçək oldu – Türkiyənin danışdığı hadisə
Kateqoriya məlum deyil
T

“Kurtlar Vadisi Pusu” serialının ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan məlumatlı şəxs qismində Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə əlaqədar aparılan istintaqda ifadə verəcəklər.

Qeyd edək ki, K. Kozinoğlu Türkiyənin xüsusi əməliyyat və kəşfiyyat sisteminin ən təcrübəli və sirli kadrlarından biri, keçmiş “bordo bereli” zabit və MİT-in Xarici Əməliyyatlar İdarəsinin rəhbəri olub. Həbs edildikdən bir neçə ay sonra, məhkəmədə ifadə verməyə hazırlaşdığı günlərdə – 13 noyabr 2011-ci ildə Silivri həbsxanasında qəfil vəfat edib.

2026-cı ilin sentyabr ayında Silivri Baş Prokurorluğu tərəfindən onun ölümünə dair cinayət işi yenidən açılıb.

Maraqlıdır ki, 10 noyabr 2011-ci ildə yayımlanan və ssenaristləri istintaqa cəlb edilən serialın 136-cı bölümündə Kaşif Kozinoğludan ilhamlanaraq yaradıldığı iddia olunan “Kaşifoğlu” obrazı haqqında ölüm əmri verilir. Üç gün sonra isə Kozinoğlu real həyatda vəfat edir. Serialdakı obrazın və Kozinoğlunun ölüm səbəblərinin də eyni olduğu göstərilir.

Sfera.az bildirir ki, globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Kozinoğlu məsələsi ümumilikdə Türkiyədə çox uzun müddətdir araşdırılan bir məsələdir:

“Ümumiyyətlə, bu şəxs heç də sıradan biri deyil. O, MİT-in Xarici Əməliyyatlar İdarəsinin rəhbəri olub. Aydın şəkildə həmin serialda Kaşifoğlu adlı biri təqdim olunur və onun da MİT əməkdaşı olduğu göstərilir. Bundan başqa, onun “Kara” adlı başqa bir kəşfiyyatçı tərəfindən öldürülməsi səhnələşdirilir. Bu da özlüyündə məsələni gündəmə gətirir.

Lakin uzun zaman sonra məsələnin aktuallaşması müəyyən suallar yaradır. Niyə məhz indi aktuallaşır? Həqiqətən, çox uzun müddət keçib və hələ “Kurtlar Vadisi Pusu” serialı yayımlanarkən araşdırma aparılmalı, ifadəyə rejissorlar və ssenaristlər çağırılmalı idi. Ola bilər ki, ya yeni detal tapılıb, ya da kimlərsə bu məsələyə yenidən qayıtmaq istəyib”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR