Evdə güllələnmiş meyiti tapılan Elqamın FOTOSU

Evdə güllələnmiş meyiti tapılan Elqamın FOTOSU
Kateqoriya məlum deyil
T

Xəbər verdiyimiz kimi, Şəmkir rayonunun Dağ Daşbulaq kəndində 14 yaşlı yeniyetmə ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində ölüb.

Sfera.az xəbər verir ki, 2012-ci il təvəllüdlü Elqam Cəfərovun güllələnmiş meyiti yaşadığı evin qonaq otağında aşkarlanıb.

Yeniyetmənin atası səhər saatlarında evə gələrkən oğlunu çağırsa da, cavab almayıb. O, evə daxil olub və bu vaxt övladının meyitini aşkarlayıb. Meyitin yanında valideynə məxsus ov tüfəngi və boş patron da aşkar edilib.

O, İrmaşlı kənd qəbiristanlığında dəfn olunub./unikal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR