Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?

Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?
Kateqoriya məlum deyil
T

Bu gün Avropada vaxtilə Azərbaycanda radikal fəaliyyəti ilə gündəmə gəlmiş “Müsəlman Birliyi Hərəkatı”nın (MBH) qeydiyyata alınması məsələsi müzakirə olunur. Avropa bu təşkilatın keçmişini nə qədər yaxşı tanıyır?

Sfera.az Axar.az-a istinadən xəbər verir ki, 2015-ci ildə Nardaranda təşkilatın üzvləri ilə polis arasında silahlı qarşıdurma baş vermiş, iki polis əməkdaşı - İsmayıl Tağıyev və Vüqar Nəsibov həlak olmuşdu. Hüquq-mühafizə orqanları MBH-ni dövlət quruluşunu dəyişdirərək, şəriət əsaslı idarəetmə yaratmaq cəhdində ittiham edib. Hərəkatın üzvləri İranın o vaxtkı ali dini lideri ayətullah Əli Xameneini mənəvi lider kimi qəbul edirlər.

Son günlər Britaniya mediasında Kiprdəki Britaniya hərbi bazaları barədə məlumatları SEPAH-a ötürməkdə ittiham olunan Azərbaycan əsilli Britaniya vətəndaşı ilə bağlı xəbərlər də bu narahatlıqları artırır. Sual budur: Belə bir keçmişə malik təşkilatın Avropada fəaliyyəti gələcəkdə təhlükəsizlik riskinə çevrilə bilərmi?

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR