Logo

Tovuzda bibisini öldürən şəxs həbs edilib - FOTO

Tovuzda bibisini öldürən şəxs həbs edilib - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tovuz sakini 65 yaşlı bibisini qətlə yetirib, cinayət işi açılıb.

Sfera.az xəbər verir ki, Tovuz Rayon Prokurorluğundan verilən məlumata görə, avqustun 6-da rayonun Əlimərdanlı kəndi ərazisində 1961-ci il təvəllüdlü Məhəbbət İsayevanın meyiti aşkarlanıb.

İlkin araşdırmalarla 1997-ci il təvəllüdlü Ülvi İsayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odun parçası ilə xəsarətlər yetirərək qohumu M.İsayevanı qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə başlanıb, Ü.İsayev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Tovuzda bibisini öldürən şəxs həbs edilib - FOTO — foto 1
Tovuzda bibisini öldürən şəxs həbs edilib - FOTO — foto 2
Tovuzda bibisini öldürən şəxs həbs edilib - FOTO — foto 3
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR