Sabunçuda qadın qətlə yetirilib, oğlu saxlanılıb

Kateqoriya məlum deyil
T
Bu gün səhər saatlarında Sabunçu qəsəbəsində qətl hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, qəsəbədə yerləşən evdə 1972-ci il təvəllüdlü Sevinc Məmmədova münaqişə zəminində bıçaqla qətlə yetirilib.
Cinayəti törətməkdə şübhəli bilinən oğlu, 1992-ci il təvəllüdlü Elvin Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Əldə etdiyimiz məlumata görə, qadın “NIDA” Vətəndaş Hərəkatının üzvü olmuş, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun anası, şübhəli şəxs qardaşıdır./APA






