“Al Market”ə silahlı hücum olub? - "Bir qrup qadın..."

"Al Market"ə silahlı hücum olub? - "Bir qrup qadın..."
Kateqoriya məlum deyil
T

Sosial şəbəkələrdə və bəzi informasiya resurslarında Keşlə qəsəbəsində “Al Market”ə  silahlı hücum edilməsi ilə bağlı məlumat yayılıb.

 

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi bildirilib. Qeyd olunub ki, hadisə silahlı hücum kimi baş verməyib.

 

Məlumata görə, mağazada bir qrup qaraçı qadın tərəfindən müxtəlif məhsulların oğurlanması faktı qeydə alınıb. Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır və zəruri tədbirlər görülür.

 

İnci

PAYLAŞ