Böyük Britaniya Kralının qardaşı saxlanıldı

Böyük Britaniya Kralının qardaşı saxlanıldı
Kateqoriya məlum deyil
T

Böyük Britaniyada kralının qardaşı, keçmiş şahzadə Endryu saxlanılıb.


Sfera.az türk mediasına istinadən xəbər verir ki, Britaniya polisi onun ABŞ milyarderi Ceffri Epşteynlə əlaqələri çərçivəsində, dövlət vəzifəsində qanun pozuntusuna yol verməkdə şübhəli bilindiyini açıqlayıb.


Məlumata görə, Kral III Çarlzın kiçik qardaşı olan 66 yaşlı keçmiş şahzadə Sandrinqemdəki malikanəsində saxlanılıb. Polis əməkdaşlarının onun ünvanına altı patrul maşını ilə gəldiyi bildirilir. Şahidlərin sözlərinə görə, saxlanılma hadisəsi Endryunun ad gününə təsadüf edib.


Rəsmi açıqlamada qeyd olunub ki, keçmiş şahzadənin Berkşir və Norfolk qraflıqlarındakı digər ünvanlarında da "Epşteyn işi" çərçivəsində axtarış aparılıb. Hazırda məsələ ilə bağlı istintaq tədbirləri davam edir. Britaniya kral ailəsi tərəfindən hələlik rəsmi mövqe açıqlanmayıb.


Fidan Hacızadə
Sfera.az

PAYLAŞ