Məşhur müğənni saxlanıldı

Məşhur müğənni saxlanıldı
Kateqoriya məlum deyil
T

Türkiyədə məşhurları hədəf alan genişmiqyaslı narkotik istintaqı çərçivəsində bir sıra tanınmış simalar barədə qərarlar qəbul edilib.

 

Sfera.az türk mediasına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan araşdırma çərçivəsində müğənni Edis Görgülü barəsində həbs qərarı verilib. 

 

Xatırladaq ki, gecə saatlarında keçirilən son əməliyyat zamanı isə aralarında məşhur ifaçı Murat Dalkılıç, rok musiqiçisi Kaan Tangöze və aktyor İsmayıl Hacıoğlunun da olduğu ümumilikdə 19 şübhəli nəzarətə alınıb.

 

Prokurorluğun yaydığı məlumata görə, istintaq çərçivəsində ümumilikdə 25 nəfər hədəf alınıb. Onlara qarşı “Şəxsi istifadə üçün narkotik və ya stimullaşdırıcı maddələrin alınması”, “Narkotik və ya stimullaşdırıcı maddələrin qəbul edilməsi və ya saxlanması və ya istifadəsi”, “Fahişəliyə təhrik etmək və asanlaşdırmaq” və “Narkotik və ya stimullaşdırıcı maddələrin istifadəsinə kömək etmək” maddələri ilə ittihamlar irəli sürülüb.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ