Türkiyədə daha bir neçə məşhur saxlanıldı

Türkiyədə daha bir neçə məşhur saxlanıldı
Kateqoriya məlum deyil
T

Türkiyədə məşhurları hədəf alan narkotik araşdırması çərçivəsində 17 nəfər saxlanılıb.


Sfera.az türk mediasına istinadən xəbər verir ki, saxlanılanlar arasında tanınmış simalar – müğənnilər Murat Dalkılıç, Kenan Doğulu, Kaan Tangöze və aktyor İsmayıl Hacıoğlu da yer alır.


İstintaq İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərin İstintaq Bürosu tərəfindən aparılır.


Prokurorluğun yaydığı açıqlamaya görə, əməliyyat Türkiyə Cinayət Məcəlləsinin 191-ci (Narkotik və ya stimullaşdırıcı maddələrin alınması, qəbul edilməsi, saxlanması və ya istifadəsi), 227-ci (Fahişəliyə təhrik və vasitəçilik) və 190-cı (Narkotik və ya stimullaşdırıcı maddələrin istifadəsinə şərait yaratma) maddələri üzrə aparılıb.
 

Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ