Cinayət törətməkdə şübhəli bilinən 109 nəfər saxlanıldı

Cinayət törətməkdə şübhəli bilinən 109 nəfər saxlanıldı
Kateqoriya məlum deyil
T

Fevralın 7-də və 8-də ölkə ərazisində qeydə alınan 96, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 101, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 65, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 31 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 109 nəfər saxlanılıb.

PAYLAŞ