Qoca Səmədovun oğlu cinayət törətdi

Kateqoriya məlum deyil
T
Bu gün Yevlaxda silahlı insident baş verib.
Sfera.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində tanışı 46 yaşlı şəxsin ayaq nahiyəsinə xəsarət yetirib. Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Əldə etdiyimiz digər məlumata görə, Z.Səmədov Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun oğludur. 2019-cu ildə həbs edilən Q.Səmədov vaxtından əvvəl şərti azadlığa buraxılmış və səhhətindəki problemlər səbəbindən 2024-cü ildə vəfat etmişdi.
