Qadın işlədiyi mağazada bıçaqlanıbmış - Qaçsa da, əri ona çatıb...

Qadın işlədiyi mağazada bıçaqlanıbmış - Qaçsa da, əri ona çatıb...
Kateqoriya məlum deyil
T

Dünən paytaxtın Səbail rayonunda qadının bıçaqlandığı hadisənin təfərrüatı məlum olub.

 

Sfera.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə noyabrın 2-si saat 16 radələrində Üzeyir Hacıbəyli küçəsində yerləşən mağazalardan birində baş verib.

 

Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Faxrəddin Sədrəddin oğlu Quliyev mağazaya basqın edərək orada işləyən arvadı Sumqayıt şəhər sakini 1995-ci il təvəllüdlü Leyla Murad qızı Quliyevaya bıçaqla zərbələr endirib.

 

30 yaşlı qadın qaçsa da, əri ona çataraq kürək nahiyəsinə 8 bıçaq xəsarəti yetirərək öldürməyə cəhd göstərib.

 

F.Quliyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

 

L.Quliyeva xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

 

Araşdırmalar davam etdirilir.

PAYLAŞ