Cəsarət Nadirov həbs edildi - VİDEO

Cəsarət Nadirov həbs edildi - VİDEO

Suraxanıda saxlanılan şəxsdən 3 kq narkotik vasitə aşkarlanıb.

 

Bu barədə Sfera.az-a DİN-dən məlumat verilib.

 

Bildirilib ki, narkotik vasitələrin satışının və qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən növbəti əməliyyat həyata keçirilib:

 

“Tədbirlə əvvəllər dəfələrlə məhkum olunmuş 1990-cı il təvəllüdlü Cəsarət Nadirov saxlanılıb. Həmin şəxsdən 3 kiloqram marixuana aşkarlanıb. C.Nadirov ifadəsində narkotikləri satmaq niyyəti ilə əldə etdiyini bildirib”.

 

Qurumun məlumatına əsasən, faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 

 

Günay 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR