Sabunçuda ƏMƏLİYYAT: dəstə üzvləri saxlanıldı - FOTO

Sabunçuda ƏMƏLİYYAT: dəstə üzvləri saxlanıldı - FOTO

Sabunçuda narkoplantasiya aşkarlanıb.

 

Bu barədə Sfera.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 1976-cı il təvəllüdlü paytaxt sakini Vahab Manafov saxlanılıb:

 

“Ondan 2 kiloqram marixuana aşkar olunub. Əməliyyat tədbilərinin davamı olaraq həmin şəxsin narkotikləri əldə etdiyi Maştağa qəsəbəsi sakini Kamal Rəhmanov da saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərindən isə 1 kiloqram marixuana aşkarlanıb. K.Rəhmanovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində keçirilən tədbirlərlə onun marixuananı əldə etdiyi şəxslər paytaxt sakinləri Hüseynağa Məlikov və Ceyhun Bədəlovun da saxlanıması təmin edilib. Onların Sabunçu rayonunda yerləşən bağ sahələrinə baxış zamanı kultivasiya yolu ilə xüsusi qulluq edərək yetişdirdikləri narkotik tərkibli 1500 ədəd çətənə kolu aşkarlanıb”.

 

Qurumdan bildirilib ki, araşdırma zamanı dəstə üzvlərinin çətənə kollarını yetişdirdikdən sonra paytaxt ərazisində satışı ilə məşğul olduqları müəyyən edilib:

 

“Aşkarlanan faktlarla bağlı Sabunçu RPİ-ə araşdırmalar davam etdirilir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR