Koronavirus peyvəndindən sonra hansı qidaları qəbul etmək olmaz? – Həkimdən AÇIQLAMA

Koronavirus peyvəndindən sonra hansı qidaları qəbul etmək olmaz? –  Həkimdən AÇIQLAMA
Sosial mediada koronavirus əleyhinə vaksindən sonra qida qəbulu ilə bağlı məhdudiyyətlərin olduğu ilə bağlı məlumatlar yayılıb. Bundan əlavə qazlı içkilərin qəbulunun da mənfi təsirlə nəticələnəcəyi qeyd olunub.
 
Maraqlıdır, bu iddialar nə dərəcədə doğrudur? Peyvənddən sonra hansı qidaları qəbul etmək olmaz? 

Məsələ ətrafında Sfera.az-a danışan Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov peyvənddən sonra soyuqdan qorumalı olmağın zəruriliyini bildirib:

"Vaksinasiyadan sonra qida qəbulu ilə bağlı hansısa məhdudiyyət yoxdur. Lakin peyvənd vurulduqdan 3 gün, ən yaxşısı isə 1 həftə müddətində müddətində şəxs özünü soyuqdan qorumalıdır. Bu müddətdə soyuq içkilər qəbul etmək, dondurma yemək olmaz. Peyvənd vurulduqda insanın bədəninə virusun bir hissəsi yeridildiyi üçün bədən zəifləyir, immunitet formalaşanadək bu zəiflik davam edir. Özümüzü soyuqdan qorumasaq, bu müddətdə xəstələnə bilərik". 

Həkimin sözlərinə görə vaksindən iki həftə ərzində spirt qəbul etmək olmaz:

"Peyvənddən sonra ən azı iki həftə müddətində spirtli içki qəbul etmək olmaz. Çünki bədənə spirt daxil olarsa, vaksin öz işini görüb, immunitet formalaşdıra bilmir. Bundan başqa 14 gün ərzində qidalanmaya diqqət yetirmək lazımdır. Çalışdığımız qədər vitaminli məhsullar, xeyirli ərzaqlarla qidalanmalıyıq".
 
Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir"

Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq.   S...

“İsrail birinci mərhələdə 20 girovu azad etməyə hazırdır” - “The Times of Israel”

“İsrail razılaşmanın birinci mərhələsində 20 girovu azad etməyə hazırdır”.   Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israe...

Prezident: "Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi"

Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ap...

XİN: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq.   Sfera.az xəbər verir ki, bunu ...

Prezident: "Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər"

Faydalı qazıntı ilə zəngin ölkə olaraq Azərbaycan OPEC+ platformasının üzvüdür və bu da əlavə üstünlük verir.   Sfera.az xəbər verir ki, bu fikri Azə...

İki ildə 72 kiloqram arıqlayan qadın pəhriz reseptini AÇIQLADI - FOTO

ABŞ sakini iki ildə 72 kiloqram arıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.   Viskonsin ştatı...