Koronavirus bu şəxslər üçün xüsusilə təhlükəlidir - ARAŞDIRMA

Koronavirus bu şəxslər üçün xüsusilə təhlükəlidir - ARAŞDIRMA
Beynəlxalq alimlər qrupu koronavirus infeksiyasının xərçəngdən sağalmış və ya hələ də xərçəng xəstəliyi olan insanlar üçün təhlükəli olduğunu müəyyən edib.

Sfera.az xəbər verir ki, bu barədə araşdırmanın nəticələri "Lancet" jurnalında nəşr olunub. Tədqiqatçılar ABŞ, Kanada, Böyük Britaniya və İspaniyada koronavirusa yoluxmuş 928 nəfər haqqında yeni məlumatları təhlil edib. Onların yarısı xəstəxanaya yerləşdirilib, 13 faizi ölüb. COVID-19-a yoluxmuş xərçəng xəstələrinin iştirak etdiyi ikinci araşdırmada isə ölüm göstəricisinin 28 faizdən daha yüksək olduğu müəyyən edilib.

Təkcə ABŞ-da hər il 1,6 milyondan çox şəxsə xərçəng diaqnozu qoyulur, hazırda bir neçə milyon amerikalı müalicə olunur. Alimlərin sözlərinə görə, bu qrupdan olan insanlar SARS-CoV-2-yə yoluxmamaq üçün mümkün olan hər şeyi etməlidirlər. (publika.az)


OXŞAR XƏBƏRLƏR

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat ko...