Könül Nurullayeva AŞPA-nın komitə iclasında iştirak edib

Könül Nurullayeva AŞPA-nın komitə iclasında iştirak edib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bərabərlik və qeyri-diskriminasiya Komitəsinin iyulun 10-da onlayn formatda növbəti iclası keçirilib.

Sfera.az xəbər verir ki, toplantıda "Böhran və pandemiya dövründə insan haqlarının qorunması: gender bərabərliyi və ayrıseçkilik”, "Süni intellektdən istifadənin yaratdığı ayrıseçkiliyin qarşısının alınması” kimi aktual məsələlərlə bağlı mühazirələr dinlənilib. Onlayn toplantıda ölkəmizi təmsil edən millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Könül Nurullayeva çıxış edərək, süni intellektlə (Sİ) bağlı fikirlərini bölüşüb. İlkin hesabata istinad edən millət vəkili süni intellektin yaşam tərzimizi dəyişdirməsi fikri ilə razılaşdığını, eyni zamamda Sİ-in bir çox müsbət tərəflərinin olduğunu vurğulayıb. Onun sözlərinə görə, Sİ irq və ya gender əsasında ədalətsiz ayrıseçkiliyi aşkarlamağa kömək edir, eyni zamanda Sİ xəstələrin ümumi sağlamlıq vəziyyətini yoxlamaq və təhlükəli xəstəlikləri qabaqcadan təyin etmək üçün səhiyyə sektorunda tətbiq edilə bilər. Bununla yanaşı, Sİ təmiz, faktiki olaraq sonsuz bir nüvə istilik enerjisini inkişaf etdirmək səylərini sürətləndirir.

K.Nurullayeva müsbət keyfiyyətlərlə yanaşı, Sİ-nin inkişafı və tətbiqi ilə əlaqədar yaranan risklərə də toxunub. Qeyd edib ki, qərəz və ayrı-seçkilik süni intellekt vasitəsilə yayıla bilər, çünki mövcud ayrı-seçkiliyə qarşı qanunlarla texnologiyanın yeni imkanları arasında boşluqlar var. Bu boşluq mədəni geriləmə adlanır. "Mövcud ayrı-seçkiliyə qarşı qanunlar qərarın nəticələrinin ədalətliliyinin ifrat qiymətləndirilməsinə gətirib çıxara bilər” deyən millət vəkili süni intellektlə bağlı bəzi qabaqlayıcı tədbirlərə də toxunub. K.Nurullayeva qabaqlayıcı tədbirləri belə qruplaşdırıb: "Statistik qərəzləri azaltmağa kömək edən ayrı-seçkilik əleyhinə əlavə tədbirlərin daxil edilməsi,
ayrı-seçkiliyi azaltmaq məqsədilə təşkilat üzvləri üçün davranış qaydalarının təkmilləşdirilməsi,
ayrı-seçkilik etməmə haqqında qanun və məlumatların qorunması haqqında qanunun ayrı-seçkilik etməmək hüququnu qoruya biləcək əsas hüquqi sənədlər kimi qəbul edilməsi”.

K.Nurullayeva Azərbaycanın süni intellektə münasibətini və bu sahədə ölkəmizin təcrübəsini də diqqətə çatdırıb: "Azərbaycanın bir çox sahələrdə süni intellekt tətbiq etmək məqsədi var. Süni intellekt yaxın gələcəkdə daha çox enerji sənayesi, təhsil, ədliyyə, nəqliyyat və insan hüquqları sektorunda tətbiq ediləcək” deyən K.Nurullayevanın qənaətincə, alqoritmlər gələcəkdə qərar qəbul edən şəxslərdən daha yaxşı nəticələr verə bilər.

 


OXŞAR XƏBƏRLƏR

55 saat 24 saniyə davam edən müsahibə ilə REKORD QIRDI

Dünyanın ən uzun müsahibəsi 55 saat davam edib və Ginnesin Rekordlar Kitabına düşüb.   Sfera.az xəbər verir ki, nigeriyalı qadın Klara Çizoba K...

Olaf Şolts: "Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir"

Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir.   Sfera.az xəbər verir ki, bunu Almaniya Federativ Respubli...

Azərbaycan lideri: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilm...

Prezident Almaniyaya Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü BİLDİRDİ

Prezident İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi ...

İlham Əliyev: "Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır"

Son vaxtlar mənim Almaniyaya səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayı...

“Qazprom” qiymətləri artırmaq istəyir, Ermənistan Bakıdan qaz ala bilərmi? - AÇIQLAMA

“Azərbaycan çox rahat şəkildə Ermənistanı qazla təmin edə bilər”.   Bunu Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. ...