"Komanda gəldi ki, Talış kəndini götürməyə 40 dəqiqə vaxtınız var, dərhal döyüşə atıldıq"

Şanlı aprel döyüşlərimizin qəhrəmanlarından biri də Xüsusi Təyinatlı Bölüyümüzün giziri, Qazi Sərxan Sənani oğlu Məmmədovdur. S.Məmmədov Talış kəndi uğurunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib. Bu gün onun üçün iki qat bayramdır: həm aprel döyüşlərinin üçüncü ildönümü qeyd olunur, həm də doğum günüdür. S.Məmmədov 1991-ci il aprelin 4-də Bərdə rayonunun Otuzikilər kəndində anadan olub. 

S.Məmmədov açıqlamasında aprel döyüşləri haqda öz təəssüratlarını bölüşüb:

"Aprel döyüşləri zamanı düşmənə qarşı əks hücuma keçdik. Barambat meşəsi istiqamətində irəliləyərkən düşmənin pusqusuna düşdük, amma ordan döyüşərək irəlilədik. Talış kəndində girdik, düşmən isə elə bilirdi ki, bizi pusquda öldürüb. Bizə komanda gəldi ki, Talış kəndini götürməyə 40 dəqiqə vaxtınız var. Biz dərhal əməliyyat keçirdik. Bizi görən ermənilər maşınlara minib qaçırdılar. Talış kəndi istiqamətində bir  "Kamaz” gəlirdi. Onu pusquya saldıq və sürücünü məhv etdik. Maşından düşən erməni zabiti, mayor Hayk Torosyan dərədə gizləndi. Təslim ol! əmrimə tabe olmadığı üçün onu da məhv etdim. Sonradan bildim ki, həmin zabit erməni ordusunda "RAS” xidmət rəisidir. 

Bu gün məni təbrik edən hər kəsə çox sağ ol deyirəm, ancaq axırıncı dəfə 18 yaşımda doğum günümü qeyd edib evdən çıxmışam. Doğum günümü üç dəfə işğal altında olan torpaqlarımızda keçirmişəm. Aprel döyüşlərində bir neçə düşməni məhv etsəm də, döyüşdə mənə yaxın olan qardaşlarım da şəhid oldu. Haçan torpaqlarımızı işğaldan azad edərik və qardaşlarımın qisasını alaram, onda doğum günümü qeyd edərəm. 5-10 erməni öldürməklə qisas olmur, gərək onların kökünü kəsək. Aprel döyüşləri bizim qürur tariximizdir. Gələcək nəsillərimizə örnək olsun deyə aprel döyüşləriylə bağlı sosial şəbəkədə tez-tez paylaşımlar edirəm. Biz ermənilərə rəhm etməli deyilik, onlar bizim analarımızı-bacılarımızı öldürüb, əsir götürüblər. Həmin döyüşlərdə kontuziya aldığım üçün ordu sıralarından tərxis olundum, amma buna baxmayaraq həmişə döyüşlərə qatılmağa hazıram. Allah torpaqlarımız uğrunda şəhid olan hərbçilərimizə də rəhmət eləsin”. Moderator

OXŞAR XƏBƏRLƏR

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...