Logo

Bu marşrutun hərəkət sxemi dəyişdirildi

Bu marşrutun hərəkət sxemi dəyişdirildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Badamdar qəsəbəsi, Cavidan İbrahimli küçəsində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən 53 nömrəli müntəzəm marşrutun nizamlı fəaliyyəti təmin olunmadığından hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Sfera.az-a bildirilib ki, hazırda 53 nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi “20-ci Sahə” yaşayış massivi, son dayanacaq məntəqəsi isə Abbas Mirzə Şərifzadə küçəsi (Respublika Klinik Xəstəxanası) olmaqla fəaliyyət göstərir.

Eyni zamanda, vətəndaşların ictimai nəqliyyata əlçatanlığını təmin etmək üçün 3 nömrəli müntəzəm marşrutun Badamdar qəsəbəsində hərəkəti Cavidan İbrahimli küçəsinə (“Atilla” İdman Mərkəzi) kimi təşkil olunur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR