Gəncədə qazi 36 yaşında vəfat etdi

Kateqoriya məlum deyil
T
Gəncə şəhərində Vətən müharibəsi qazisi Elçin Əhmədov vəfat edib.
Sfera.az xəbər verir ki, 36 yaşlı Elçin Əhmədov qaraciyər çatışmazlığından həyatını itirib.
Mərhum Vətən müharibəsi zamanı Kəlbəcər, Füzuli və Zəngilan istiqamətlərində gedən döyüşlərdə iştirak edib. O, Kəlbəcə uğrunda aparılan döyüşlər zamanı yaralanıb.
Elçin Əhmədov ailəli olub, 2 azyaşlı övladı yadigar qalıb./gencexeber






