Kolleclərin boş qalan yerlərə qəbul ELAN EDİLDİ

Kolleclərin boş qalan yerlərə qəbul ELAN EDİLDİ
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilib.

Sfera.az-ın məlumatına görə, orta ixtisas təhsili müəssisə­lərinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas se­çiminə ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahan­larından "məqbul” alan abituriyentlər buraxılırlar. "Xoreoqrafiya sənəti (sahələr üzrə)” ixtisasının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.

İxtisas seçimi sentyabrın 29-dan oktyabrın 3-ü saat 23:59-dək in­ter­net vasitəsilə aparılır. İxtisas seçimi mərhələsində abituri­yentlər qəbul olmaq istədikləri ixtisasları seçib on­ların kodlarını https://eservices.dim.gov.az/erizebak/ixtisas3/ internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla olan 20-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas kod­larının ardıcıllığını abituriyent özü müəy­yənləşdirir.

Kolleclərin boş qalan plan yerlərinin siyahısı "Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub.

Jurnalı aşağıdakı ünvanlarda yerləşən "Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar:

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.
Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.
Jurnalın elektron versiyasını (pdf formatında DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Məktəblər koronavirus səbəbindən bağlanacaq? - VİDEO

Yeni tədris ili başlayandan indiyədək ölkədəki 4500 məktəbdən 9-u koronovirusa yoluxma hallarına görə bağlanıb, 340 sinif distant təhsilə keçib. Bu da ümumi gös...

Bu məktəb də distant təhsilə keçdi

Bakıda 322 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək. Sfera.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İd...

Rezidenturaya boş qalan yerlərə qəbulun nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələrini elan edib. DİM-dən Sfera.az-a verilən məlu...

“Uşaqların nitqində problem yaranacaq” – Psixoloq distant təhsilin zərərlərindən danışdı

"Uşaqlar arasında koronavirusdan ölüm halının qeydə alınması məktəblilərdə ölüm qorxusu yaradacaq”.   Bunu Sfera.az-a açıqlamasında "Dərya” Tədris...

Təhsil Nazirliyi noyabrın 1-dən məktəblərin bağlanacağı iddialarına CAVAB VERDİ

Təhsil Nazirliyi noyabrın 1-dən ölkədə fəaliyyət göstərən təhsil müəssisələrində dərslərin dayandırılması ilə bağlı yayılan iddialara münasibət bildirib.  ...

Məktəblər yenidən bağlanır? - RƏSMİ CAVAB

Təhsil Nazirliyi koronavirusa yoluxma hallarının artmasına görə məktəblərin bağlanacağı və tədrisin distant formada davam etdiriləcəyi barədə məlumatlara aydınl...