Klopp komandasına göstərişləri telefonla verəcək

Klopp komandasına göstərişləri telefonla verəcək

"Liverpul" klubunun baş məşqçisi Yürqen Klopp rəhbərlik etdiyi komandanın İngiltərə Federasiya kubokunun cavab oyununda qarşılaşacağı "Şrouzberi Taun” komandası ilə oyunun gedişini noutbukdan izləyəcək.

"The Guardian” məlumat verir ki, mütəxəssis əsas heyətə istirahət verdiyindən mersisaydlılar matça 23 yaşadək komanda (U-23) ilə çıxacaq. Texniki zonada U-23-ün çalışdırıcısı Nik Kritçli əyləşəcək.

Y.Klopp isə oyunu noutbukdan izləyəcək və telefonla taktiki gedişləri göndərəcək.

Qeyd edək ki, komandalar arasında baş tutan ilk oyun 2:2 hesablı ilə başa çatıb. Bu görüş bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. (oxu.az)



OXŞAR XƏBƏRLƏR