“Kişiyəm, başına oyun açaram” - Tacir efirdə Fədayanin bacısı ilə davaya qalxdı

“Kişiyəm, başına oyun açaram” - Tacir efirdə Fədayanin bacısı ilə davaya qalxdı

Müğənni Tacir Şahmalıoğlu qalmaqal yaşadığı İlahə Fəda haqqında danışıb.

Sfera.az yenisabah.az-a istinadla xəbər verir ki, T.Şahmalıoğlu "Ona qalsa” verilişinin efirində ona qarşı sərt ittihamlar səsləndirib:

"Bu xanım, əslində mən heç ona xanım demək istəmirəm. İlahədən danışıram. Çıxıb efirdə danışır. Mən fikirləşirəm ki, az da olsa, çox da olsa, xalqım üçün nə isə etmişəm və sevilirəm. Bu nə edib ki? Çıxır efirə və kimlərinsə əqidəsindən, tərbiyəsindən danışır. Kim ona bu səlahiyyəti verib. Çıxıb Rövşanə xanımın verilişinə ağzına gələni danışır. Mən kimliyimi sübut etmişəm. Sən kimsən bilinmir. Sənin kimliyini mən sübut edə bilərəm. Çox heyif ki, ortalıqda Fədayə xanım var. Mən Fədayədən keçə bilmirəm”.

Bundan sonra İlahə Fəda canlı efirə telefon bağlantısı edərək deyilənlərə cavab verib: "Tamaşaçıları salalmlayıram. Mən bir kəlmə söz deyəcəyəm. İt hürər, karvan keçər. Bu qədər”. O bunu deyərək dəstəyi asıb.

İ, Fədanın sözlərinə əsəbləşən T. Şahmaloğlu sərt fikirlər səsləndirib:

"10 milyon xalqın qarşısında bu sözdür danışırsan? Get, güzgünün qabağında dur, gör qadına oxşayırsan? Kim sənə bu haqqı verib ki, belə danışırsan? Kişiyəm, başına oyun açaram. Kişiliyimə yaraşmaz. Mənə ayıb olar, durub hansısa qadınla mübahisə edim. Onunla heç bir problemim, qəsdi-qərəzliyim yoxdur".



OXŞAR XƏBƏRLƏR

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat ko...

Prezident: "Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq"

2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə...

55 saat 24 saniyə davam edən müsahibə ilə REKORD QIRDI

Dünyanın ən uzun müsahibəsi 55 saat davam edib və Ginnesin Rekordlar Kitabına düşüb.   Sfera.az xəbər verir ki, nigeriyalı qadın Klara Çizoba K...

Olaf Şolts: "Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir"

Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir.   Sfera.az xəbər verir ki, bunu Almaniya Federativ Respubli...