Kim deyər ki, koronavirus ilk bu şəhərdə ortaya çıxıb... - FOTOLAR

Kim deyər ki, koronavirus ilk bu şəhərdə ortaya çıxıb... - FOTOLAR
Koronavirusun ilk dəfə peyda olduğu Çinin Uhan şəhərində 7 aydır gecə həyatı karantinsiz davam edir.

Sfera.az  xəbər verir ki, dünyanın əksər şəhərlərinin epidemiyanın yeni dalğaları ilə sarsılmasına baxmayaraq, Uhan sakinləri karantində qaldıqları vaxtın əvəzini çıxarmaq üçün şəhərin gecə klublarına axın edirlər.

Onlar maska, sosial məsafə kimi tədbirlərə əməl etməyi unudublar. Belə ki, yeni yayılan görüntülərdə həyatın normal axarına qayıtdığı və küçə musiqiçilərinin sədaları altında hər kəsin rəqs etdiyi yer alıb.

"Röyters” qeyd edir ki, şəhərin karantindən ən çox təsirlənən sektorlarından biri olan gecə həyatı iqtisadiyyatın canlanmasına səbəb olacaq. 

Qeyd edək ki, ilk dəfə Uhanda 23 yanvarda sərt karantin rejimi tətbiq edilib və bu, 76 gün davam edib. 10 may tarixindən bu yana şəhərdə yoluxma hadisəsi qeydə alınmayıb.
 
Ərhun

OXŞAR XƏBƏRLƏR

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

ABŞ-nin Kaliforniya Universiteti və Rusiyanın Kazan Dövlət Universitetindən ibarət beynəlxalq alimlər qrupu işığın maddə ilə qarşılıqlı təsirinin əvvəllər məlum...

Prokurorluq kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.   B...

“Avroviziya-2024”ün birinci yarımfinalı başladı

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya” mahnı müsabiqəsi birinci yarımfinalı başlayıb.   Sfera.az xəbər verir ki, birinci yarımfinalda...

Zebralar niyə bir-birlərinə baş yelləyirlər?

Yeni bir araşdırma sübut edib ki, zebralar qarşı cinsin və ya tanış qohumların diqqətini cəlb etmək və onları gəzinti və ya tanışlıq kimi birgə fəaliyyətə dəvət...

Cennifer Lopez “Met Gala 2024”ə Ben Affleksiz qatılması diqqət çəkib - FOTO

Amerikalı müğənni və aktrisa Cennifer Lopez” Met Gala 2024”ün ağ-yaşıl xalçasında təkbaşına görünməklə, Ben Affleklə evliliyində problemlərlə bağlı ...

“Dəli yığıncağı” nümayiş olunacaq

Mayın 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsəri əsasında hazırlanan eyniadl...