Kənan Cəlilov ucarlıları narahat edən problemlərin həllindən danışdı – SEÇKİ GÖRÜŞLƏRİ

Kənan Cəlilov ucarlıları narahat edən problemlərin həllindən danışdı – SEÇKİ GÖRÜŞLƏRİ

91 saylı Ucar seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Kənan Cəlilovun seçki təbliğatı uğurla davam edir.


Seçicilərin isti münasibəti ilə müşaiyyət olunan silsilə görüşlərdə Kənan Cəlilov əhalini maraqlandıran problemlərin həlli ilə bağlı təkliflərini səsləndirib, onların suallarını cavablandırıb.


Qaradağlı kəndində baş tutan görüşdə sakinləri narahat edən suvarma problemlərinin həllinə toxunan Kənan Cəlilov bildirib ki, suvarma kanallarının düzgün betonlarşdırma prosesi aparılsa bütün Ucar rayonunda su qıtlığı problemi həllini tapar. O eyni zamanda əhalini narahat edən digər problemləri də müvafiq orqanlar qarşısında qaldıraraq həllinə nail olacağını söyləyib.


Xatırladaq ki, Kənan Cəlilov təbliğat-təşviqat kampaniyasına Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin büstünə gül qoymaq və onun əziz xatirəsini yad etməklə başlayıb.


 



OXŞAR XƏBƏRLƏR