Kafe və restoranlarda onlayn xidmət də dayandırılır - RƏSMİ AÇIQLAMA

Kafe və restoranlarda onlayn xidmət də dayandırılır - RƏSMİ AÇIQLAMA
"Həftə sonları onlayn xidmətlər də dayandırılır".

Sfera.az bildirir ki, bu sözləri Lent.az -a açıqlamasında Daxili İşlər Nazirliyinin əməkdaşı, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, ölkə ərazisində dekabrın 28-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən sahələrin fəaliyyətinə məhdudiyyət tətbiq olunmur:

"Ərzaq mağazalarını gündəlik qida məhsulları ilə təmin edən sahələr var ki, onların da fəaliyyətinə qadağa yoxdur".

E.Hacıyev kafe və restoranların onlayn fəaliyyətinə icazə ilə bağlı suala gəlincə isə bildirib ki, buna dair məhdudiyyət mövcuddur:

"Kafe, restoranlar, eləcə də digər obyektlərin fəaliyyətində onlayn xidmətə icazə verilmir".

Xatırladaq ki, Operativ Qərargahın yaydığı məlumatda bildirilmişdi ki, ölkə ərazisində dekabrın 28-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılacaq.

Qərarda onlayn xidmətlə bağlı isə heç bir məlumat yer almamışdı.

Əlavə edək ki, sosial mediada yayılan məlumatlara görə, 21 və 22 noyabr ərzində onlayn xidmət göstərən bir neçə kafe, restoran sahibləri cərimələniblər.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır"

Son vaxtlar mənim Almaniyaya səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayı...

“Qazprom” qiymətləri artırmaq istəyir, Ermənistan Bakıdan qaz ala bilərmi? - AÇIQLAMA

“Azərbaycan çox rahat şəkildə Ermənistanı qazla təmin edə bilər”.   Bunu Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. ...

Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə TƏŞƏKKÜR ETDİ

Azərbaycanın enerji sektorunda, xüsusilə külək, günəş enerjisi sahəsində 2030-cu ilə qədər faiz göstəricisini artıracağı çox gözəl xəbərdir.   Sfera....

Olaf Şolts: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır"

Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz.   Sfera...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİRLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...