İrlandiyalı futbolçu: “Azərbaycan yığmasını ciddi qəbul etməliyik”

İrlandiyalı futbolçu: “Azərbaycan yığmasını ciddi qəbul etməliyik”

 

"Azərbaycanla oyunda iştirak etsəm, şad olaram. Meydana çıxmağa hazıram”.

 

Bu sözləri Şimali İrlandiya yığmasının üzvü Şey Makkartan deyib.

 

Ölkəsinin mətbuatına danışan 23 yaşlı futbolçu DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycanla keçiriləcək matç haqda fikirlərini bildirib.

 

Yeni Zelandiya ilə yoxlama görüşündə millidə debüt edən Makkartan Bakıda da meydana çıxmağa hazır olduğunu bildirib. "Akkrtinqton Stenli” klubunun hücumçusu qələbəni hədəflədiklərini qeyd edib: "Qrupda ikinci pillədə qərarlaşmışıq və yerimizi heç kimə təhvil vermək istəmirik. Bu pillədə möhkəmlənmək lazımdı. Buna görə də, Azərbaycanla görüş bizim üçün vacibdi. Bilirik ki, rəqib asanlıqla təslim olmayacaq. Azərbaycan yığmasını ciddi qəbul etməliyik. Bakıda isti havada oynamaq bizim üçün çətin olacaq. Yaxşı ki, görüşə Türkiyədə hazırlaşırıq. Bu, hava şəraitinə uyğunlaşmaq mənasında bizə kömək edir”.

 

Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya matçı iyunun 10-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.  (apa)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb....

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...