İranda daha bir uşaq koronavirus qurbanı oldu
13:00 / 24.03.2020
7449
İranda 6 yaşlı uşaq koronavirus səbəbilə ölüb.
Sfera.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Xatırladaq ki, daha öncə də İranda 3 yaşlı uşaq koronavirusun qurbanı olmuşdu. Onun qan xərçəngindən də əziyyət çəkdiyi açıqlanmışdı.
Hazırda ölkədə koronavirusa yoluxanların sayı 23 min nəfərdən, ölənlərin sayı isə 1812 nəfərdən çoxdur.