Dollarla bağlı ŞOK PROQNOZ: yaxın....

Dollarla bağlı ŞOK PROQNOZ: yaxın....
Rusiya, Türkiyə və İran ABŞ dollarına "əlvida" deyir.
Sfera.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Avstriyanın "Contra Magazin" dərgisində məqalə yayımlanıb.
ABŞ dollarının qlobal bazarda hegemoniyasına son vermək üçün dünya miqyasında keçirilən kampaniyanın gedərək gücləndiyi qeyd edilən məqalədə adı çəkilən ölkələrin bu məsələdə əhəmiyyətli dərəcədə irəliləyiş əldə etdiyi bildirilib.
Bu çərçivədə yeni dövrdə beynəlxalq ticarətdə yerli valyutaların və avronun istifadə olunduğunu vurğulayan dərgi, xüsusilə, Rusiya, Türkiyə və İranın ABŞ dollarına "əlvida" dediyini qeyd edib.
"Contra Magazin"ə danışan İran Məkrəzi Bankının sədri Əbdülnasir Həmmati Rusiya və İranın bütün ticarət işlərini yerli valyutalarla gördüyünü, İran-Türkiyə ticarətinin 30-50%-nin avro ya da yerli valyuta ilə gerçəkləşdirildiyini deyib. Bundan sonra dolların bazardakı payı azalıb və ABŞ ticarəti nəzarətdə saxlamaq imkanlarından məhrum olub.

Dərgi həmçinin, Rusiya kimi böyük neft istehsaçıları ilə yanaşı, Çin və Avropa İttifaqı kimi istehlakçıların da ABŞ-ın nüfuzunu azaltmaq üçün qlobal ticarəti çeşidləndirmə tərəfdarı olduğunu qeyd edib.
"Rusiya nefti avro və yuan ilə satır. Venesuella və İran neftin böyük qismini dollar istifadə etmədən satır. Dolların zəifləməsi, onu qlobal ehtiyat valyuta statusundan məhrum edəcək", - deyən dərgi bunun nəticəsində ABŞ-ın digər ölkələrə nüfuz etmə imkanının da azalacağını açıqlayır.


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...