Logo

Azərbaycan Beynəlxalq Bankının Mərdəkan şöbəsi yeniləndi

Azərbaycan Beynəlxalq Bankının Mərdəkan şöbəsi yeniləndi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Beynəlxalq Bankının filial və şöbələrinin yenilənməsi,

müştərilərə xidmətin müasir bankçılıq standartlarına uyğun qurulması prosesi

davam etdirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq

bankın Mərdəkan şöbəsinin binası da əsaslı təmir və yenidənqurmadan sonra

müştərilərin istifadəsinə verilib.

Azərbaycan Beynəlxalq Bankının Mərdəkan şöbəsi Mərdəkan qəsəbəsi,

Almaz İldırım küçəsi - 8A ünvanında xidmət göstərir. Bankın vahid korporativ

üslubuna uyğunlaşdırılaraq müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş

şöbə binasında müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait

yaradılıb.

Fərdi və korporativ müştərilər Azərbaycan Beynəlxalq Bankının Mərdəkan

şöbəsində kassa-hesablaşma əməliyyatları, pul köçürmələri, əmanətlər, plastik

kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. də

daxil olmaqla, bir çox bank məhsul və xidmətlərindən faydalana bilərlər.

Azərbaycan Beynəlxalq Bankının Filiallarla iş departamentinin direktoru

Emil Qədimov bildirib: "Filial və şöbələrimizin yenilənməsi prosesi davam

etdirilir. Yenilənmə tədbirləri bankın bir çox xidmət ofislərini də əhatə

edəcək. Məqsədimiz müştərilərimiz üçün ən yüksək xidmət səviyyəsini

təmin etmək, onların məmnunluğuna nail olmaqdır”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və

xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az

internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi

Facebook səhifəsindən əldə etmək olar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR