Logo

AtaBank ilə ticarətinizi onlayn etmək zamanıdır

AtaBank ilə ticarətinizi onlayn etmək zamanıdır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Elektron bizneslə məşğul olmaq və fəaliyyətini müasir dövrə uyğunlaşdırmaq istəyən

sahibkarlara "AtaBank” ASC yeni e-commerce xidmətini təqdim edir. Elektron

kommersiya xidməti vasitəsi ilə müştəri dünyanın istənilən nöqtəsindən asanlıqla

internet səhifəyə daxil olaraq almaq istədiyi məhsulu sifariş verir və ödənişini çox

rahat və təhlükəsiz şəkildə onlayn rejimdə həyata keçirir.

Onlayn ticarət sahibləri e-commerce xidmətinə qoşularaq internet mağazada və ya

mobil əlavədə nağdsız ödənişləri rahat qəbul edə biləcəklər. Bir sözlə bu xidmət onlar

üçün virtual POS-terminal rolunu oynayacaq.

Həmçinin bankın Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov

vurğuladı ki, dünyada rəqəmsallaşma tendensiyasının artdığı dövrdə ticarətin ənənəvi

üsullardan əlavə informasiya texnologiyaları üzərindən də qurulması sahibkarlar üçün

yeni müştərilər cəlb edir və AtaBank bu istiqamətdə dəstək göstərməyə daim hazırdı.

Pulsuz qoşulma, sərfəli əməliyyat faizləri, pulsuz AtaNet xidməti, yeni müştərilərin

cəlb edilməsi kimi üstünlüklər verən e-commerce xidməti haqda daha ətraflı

öyrənmək istəyən şəxslər 136 qaynar xəttinə zəng vura və ya bankın internet

səhifəsini ziyarət edə bilərlər - //atabank.com/az/

25 ildən artıq fəaliyyət göstərən "AtaBank” ASC müasir və universal Azərbaycan

bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi

müştərilərə tam xidmətlər spektrini təqdim edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR