Logo

Kapital Bank ənənəvi SIBOS sərgisində iştirak edir

Kapital Bank ənənəvi SIBOS sərgisində iştirak edir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kapital Bank 23-26 sentyabr tarixlərində Londonda keçirilən ənənəvi SIBOS – 2019 Beynəlxalq Sərgisində, həmçinin

Amerika Beynəlxalq Bankçılıq Assosiasiyasının (BAFT) yığıncağında iştirak edir. Tədbirə Kapital Bank-ın İdarə

Heyətinin sədri Rövşən Allahverdiyevin başçılıq etdiyi nümayəndə heyəti qatılıb.

Hər il olduğu kimi bu dəfə də nüfuzlu tədbirdə, dünyanın 200-dən artıq ölkəsinin iri bankları və maliyyə institutlarıdan

gələn 10000-dən çox iştirakçı təmsil olunur. Bu il SIBOS konfransında müzakirə olunan mövzular əsasən maliyyə

qurumlarının üzləşdiyi məsələlər - dəyişkən rəqabət mənzərəsi, gözlənilməz geosiyasi təzyiqlər, artan tənzimləmə və

texnoloji dəyişikliklər və sürətli hərəkət edən informasiya təhlükəsizliyi təhdidləri də daxil olmaqla müxtəlif yeni

çağırışlar ətrafında təşkil olunacaq.

"SIBOS 2019 konfransının proqramı mərkəzləşmiş, müasir rəqəmsal texnologiyalar, açıq bankçılıq, qlobal texnoloji

trendlər, ödənişlər üçün ISO20022 standartları ilə əlaqəli mövzuları əhatə edir. Qlobal miqyasda maliyyə xidmətləri

göstərən iri bankların professional mütəxəssisləri maliyyə sektorunda gündəmdə olan məsələlər, o cümlədən kiber

təhlükəsizlik, ödəniş sistemlərinin və beynəlxalq ticarətin transformasiyası, birbaşa tənzimləmə və tövsiyyələrə

əsaslanan tənzimləmə arasında tarazlığın saxlanılması və digər mövzular ətrafında çıxışlar edirlər. Dünyanın müxtəlif

ölkələrindən gələn bank nümayəndələri ilə təşkil olunan görüşlərdə biz də, Kapital Bank olaraq icra etdiyimiz

layihələrimiz barədə məlumat verdik və müxtəlif əməkdaşlıq imkanlarını müzakirə etdik. Belə bir beynəlxalq

əhəmiyyətli tədbirdə iştirak, qlobal maliyyə sahəsində baş verən dəyişikliklərə hazırlıq baxımından, bankımızın

müasir texnoloji transformasiyalara daha çevik uyğunlaşmasına və strateji əhəmiyyətli rəqəmsal transformasiya

layihəmizin uğurla icrasına töhfələr verəcəkdir.”, - deyə, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev

bildirib.

Qeyd edək ki, SİBOS sərgisi ən böyük qlobal tədbir olaraq, SWIFT tərəfindən maliyyə sektoru üçün təşkil etdiyi illik

konfrans, sərgi və əməkdaşlıq tədbiridir. Kapital Bank bu tədbirdə bir sıra beynəlxalq maliyyə institutları və fintech

şirkətləri ilə ikitərəfli görüşlərin keçirəcəyini planlaşdırır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin

xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196

Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR