Logo

Azərbaycan Beynəlxalq Bankından “Şirkətlərə anında dəstək” krediti

Azərbaycan Beynəlxalq Bankından “Şirkətlərə anında dəstək” krediti
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Müştərilərinin etibarlı tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankı korporativ biznesin

inkişafına dəstək məqsədilə yeni məhsulunu təqdim edib. Bankın hər bir korporativ müştərisi,

o cümlədən kiçik və orta sahibkarlar anidən yaranan ehtiyacları üçün 100.000 manata qədər

krediti Azərbaycan Beynəlxalq Bankından rahatlıqla əldə edə və ehtiyaclarını qarşıladıqdan

sonra kredit borclarını tam, yaxud hissə-hissə ödəyə bilərlər. "Şirkətlərə anında dəstək”

kreditinin əsas üstünlüyü müştərinin müraciətindən sonra çox qısa müddətdə

rəsmiləşdirilməsidir. Bundan başqa, kreditin rəsmiləşdirilməsi prosedurları da sadədir.

Kreditor borclarının ödənilməsi, əmək haqqı ödənişlərinin həyata keçirilməsi, biznes

fəaliyyətində gözlənilmədən ortaya çıxan xərclərin qarşılanması və s. bu kimi qısamüddətli

öhdəliklərinin yerinə yetirilməsindən ötrü Bank sahibkarlara belə bir imkanı yaradır.

Kreditin özəllikləri:

•  Kreditin məbləği - 100.000 manatadək

•  Kreditin müddəti - 3 ayadək

•  İllik faiz dərəcəsi -  16%-dən başlayaraq

Krediti bankın bütün filiallarından əldə etmək mümkündür. Bankın Korporativ biznesin

inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib ki, belə məhsulların yaradılmasında

məqsəd sahibkarların maliyyə tərəfdaşı olaraq Azərbaycan Beynəlxalq Bankının onların

maliyyə vəsaitləri ilə bağlı bütün ehtiyaclarını yerinə yetirə bilməsidir. "Qısamüddətli

öhdəliklərin yaranması, biznesdə tez-tez baş verən normal bir haldır. "Şirkətlərə

anında dəstək” krediti isə belə vəziyyətlərdə sahibkarları qayğıdan azad edir. Onlar

Azərbaycan Beynəlxalq Bankının bu kredit məhsulundan faydalanmaqla biznes

layihələrini hər hansı çətinlik yaranmadan fasiləsiz icra edə bilərlər. Korporativ

biznesin inkişafına yönələn bu cür addımlarımız davamlı olacaq”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə

məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937

nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR