Nağdlaşdırılmış vəsaitlərin həcmi 27%-ə yaxın artıb

Nağdlaşdırılmış vəsaitlərin həcmi 27%-ə yaxın artıb
 

Dövlət büdcə gəlirlərinin hesabatlılığında pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə Vergi Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, hesablanmalı olan sadələşdirilmiş vergi daxilolmaları 2018-ci il üçün 29,2 mln. manat, bu ilin ilk yarısında isə 19,4 mln. manat təşkil edib.

Sfera.az-ın " APA-Economics"ə istinadən məlumatına görə, bunu Bakıda keçirilən "Kölgə iqtisadiyyatına qarşı mübarizə – iqtisadi inkişafın mühüm amili kimi” adlı mövzusunda beynəlxalq elmi-praktik konfransında çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, ötən ilin ilk yarısı ilə müqayisədə nağdlaşdırılmış vəsaitlərin həcmi 26,7% artıb.

 

"Bu vəsaitlərin nağd qaydada bank hesablarından çıxarılmasına görə ödənilən sadələşdirilmiş verginin də 2019-cu il üçün proqnozu 2018-ci ilin icrasından təxminən 2 dəfəyə yaxın artıq həcmdə müəyyən edilib. Bu da ölkə üzrə real sektorda nağd əməliyyatların həcminin yüksək olduğunu əks etdirir. Digər tərəfdən, nağdsız ödəniş infrastrukturunun əsas göstəriciləri 2019-cu ilin yanvar-iyun aylarında müəyyən artımla müşahidə olunub. Kölgə iqtisadiyyatı dövlət vəsaitlərinin xərclənməsində daha gizli xarakter daşıyır və xüsusi iqtisadi-hüquqi təhlil metodlarından daha geniş istifadəni tələb edir", - deyə V. Gülməmmədov qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Tanınmış azərbaycanlı aktyor küçələrdə CORAB SATDI - VİDEO

Tanınmış azərbaycanlı aktyorun görüntüsü marağa səbəb olub.   Sfera.az Milli.az-a istinadən xəbər verir ki, Allahverdi Yolçuyev imkansızlıqdan Bak...

Trampın əlindəki sirli iz müzakirələrə səbəb oldu - FOTO

Trampın Ağ Evdə keçirdiyi mətbuat konfransı zamanı kameralara tuş gələn əlindəki iz sosial şəbəkələrdə və mətbuatda geniş müzakirə mövzusuna çevrilib.  ...

Pirşağıda dənizdə batan şəxsin meyiti tapılıb

İyulun 18-də Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) batan 1 n...

Az yaşayan yeganə bürc

Astroloqlar arasında getdikcə daha çox səslənən fikrə görə, bürclər arasında bir bürc var ki, onun nümayəndələri statistik baxımdan digərlərindən daha az yaşayı...

Bəzi yerlərdə leysan olub, şimşək çaxıb - Faktiki hava

İyulun 19-u saat 11:00-a olan faktiki hava açıqlanıb.   Sfera.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyulun 19-u saat 11:00-...

Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı

Beyləqanda həkimi şantaj etməklə pul tələb edən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.   Sfera.az “Qafqazinfo”ya istinadla xə...