Logo

“Lukoyl”un Azərbaycandakı aktivlərini bu şəxs alacaq

“Lukoyl”un Azərbaycandakı aktivlərini bu şəxs alacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Amerikalı iş adamı Todd Bouli Rusiyanın sanksiyalar altında olan “Lukoyl” neft şirkəti ilə onun beynəlxalq aktivlərinin satın alınmasına dair razılaşma imzalayıb.

Sfera.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Aktivlərin alıcıları arasında Boulidən başqa, Xtellus Partners investisiya bankı, BƏƏ-də yerləşən Catena Investment Holding və ABŞ hökumətinin nəzarətində olan Beynəlxalq Maliyyə İnkişafı Korporasiyası (DFC) da var.

Reuters-in məlumatına görə, ABŞ Maliyyə Nazirliyi sövdələşməni milli təhlükəsizlik baxımından araşdıracaq. Razılaşma təsdiqlənərsə, Vaşinqton gələcək gəlirlərdən pay əldə edə biləcək.

“Lukoyl”un 11 ölkədəki beynəlxalq aktivləri, o cümlədən Azərbaycan və Qazaxıstandakı iri neft yataqları təxminən 16 milyard dollar dəyərində qiymətləndirilir. Bu aktivlərin gündəlik hasilat gücü 350 min barel neft təşkil edir.

Portfelə həmçinin Niderland, Bolqarıstan və Rumıniyadakı neft emalı zavodları, eləcə də ABŞ daxil olmaqla müxtəlif ölkələrdə yanacaqdoldurma məntəqələri şəbəkəsi daxildir./globalinfo

“Lukoyl”un Azərbaycandakı aktivlərini bu şəxs alacaq
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR