Dünya bazarında qızıl bahalaşıb
Kateqoriya məlum deyil
Dünya bazarında qızıl bahalaşıbDünya bazarında qızılın qiymətində artım qeydə alınıb.
Sfera.az xəbər verir ki, qızılın bir troya unsiyasının spot qiyməti 17,47 ABŞ dolları və ya 0,42% artaraq 4 122,35 ABŞ dollarına yüksəlib.
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti isə 15,80 ABŞ dolları və ya 0,38% artaraq 4 130,30 ABŞ dolları təşkil edib.
Digər qiymətli metalların qiymətlərində də yüksəliş müşahidə olunub. Gümüşün dekabr fyuçersləri 1,07% bahalaşaraq 53,26 ABŞ dollarına, platinin spot qiyməti isə 0,11% artaraq 1 581,47 ABŞ dollarına çatıb.
Mis üzrə dekabr fyuçerslərinin qiyməti də 0,13% yüksələrək bir funt üçün 633,65 ABŞ senti təşkil edib.






