Logo

Əmanət faizləri azalır - Kreditlər də ucuzlaşacaq?

Əmanət faizləri azalır - Kreditlər də ucuzlaşacaq?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
0:00 0:00

Azərbaycanda bankların manatla cəlb etdiyi əmanətlər üzrə illik faiz dərəcələri 8-10 faiz səviyyəsinə enib. Hətta bir sıra banklar 8-9 faizlə depozit qəbul edir. Əmanət gəlirlərinin azalması bankların maliyyə resurslarının dəyərinə və kredit bazarındakı şərtlərə təsir göstərə bilər. Çünki banklar əhalidən cəlb etdikləri vəsaitlərin bir hissəsini kreditlərin verilməsinə yönəldirlər.

Bəs depozitlərin ucuzlaşması bankların kreditləri daha aşağı faizlə təklif etməsinə şərait yaradacaqmı?

Bank eksperti Emin Kərimov Sfera.az-a açıqlamasında bildirib ki, əmanət faizləri bazar tələbləri, bankların satış strategiyası və depozitlərlə doyma səviyyəsi nəzərə alınmaqla müəyyənləşdirilir.

Onun sözlərinə görə, hazırda bankların əmanətlər üzrə təklif etdiyi faizlər bazardakı mövcud vəziyyətə və depozit cəlbi ilə bağlı tələblərə uyğun formalaşır:

“Cəlb olunan depozitlər bankların kreditləşməyə yönəltdiyi vəsaitlərin böyük hissəsini təşkil etdiyindən, bu vəsaitlərin faiz dərəcəsindəki dəyişikliklər kredit bazarına da təsir edir. Kredit faizlərinin azalması depozit faizlərinə də müəyyən dərəcədə təsir göstərə bilər. Eyni zamanda, depozitlərin daha aşağı faizlə cəlb edilməsi bankların kredit vermək üçün istifadə etdiyi vəsaitlərin xərcini azaldır. Bu da gələcəkdə kredit faizlərinin aşağı düşməsinə şərait yarada bilər”.

Əmanət faizləri azalır - Kreditlər də ucuzlaşacaq?

E.Kərimov bankların fəaliyyət mexanizmini izah edərkən qeyd edib ki, banklar əhalidən, məsələn, 8-9 faizlə əmanət cəlb edib, daha sonra həmin vəsaiti müəyyən marja əlavə etməklə 12, 13 və ya 14 faizlə kredit şəklində təqdim edirlər. O bildirib ki, bankın gəliri də cəlb etdiyi vəsaitin dəyəri ilə kredit üzrə əldə etdiyi gəlir arasındakı fərqdən formalaşır:

“Depozit faizlərinin aşağı düşməsi bankların maliyyələşmə xərclərini azalda və nəticədə kredit faizlərinin enməsinə müsbət təsir göstərə bilər. Bununla belə, kreditlərin hansı faizlə təklif olunması yalnız əmanət faizlərindən deyil, digər bazar şərtlərindən də asılıdır”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR