Logo

Aİ bağlamalara görə rüsumları artırır - Daha 2 avro alınacaq

Aİ bağlamalara görə rüsumları artırır - Daha 2 avro alınacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
0:00 0:00

Avropa İttifaqı (Aİ) 2026-cı il noyabrın 1-dən ittifaq xaricindən göndərilən elektron ticarət bağlamalarındakı hər məhsul mövqeyinə görə 2 avro əməliyyat rüsumu tətbiq edəcək.

Sfera.az xəbər verir ki, yeni rüsum mövcud gömrük vergisindən ayrıca tutulacaq.

Aİ Komissiyasının vergitutma bölməsinin açıqlamasına görə, yeni qayda artan elektron ticarət göndərişlərinin yoxlanılması və nəzarəti ilə bağlı xərclərin qarşılanması məqsədilə gömrük islahatı çərçivəsində tətbiq olunacaq.

Qaydaya əsasən, eyni bağlamada müxtəlif məhsul mövqeləri olduqda, hər biri üçün ayrıca 2 avro rüsum hesablanacaq. Yeni ödəniş 150 avrodan baha olan elektron ticarət göndərişlərinə də şamil ediləcək.

Qeyd edək ki, yeni rüsum Aİ-nin iyulun 1-dən aşağı dəyərli elektron ticarət göndərişlərinə tətbiq etdiyi 3 avroluq müvəqqəti gömrük rüsumundan ayrı tutulacaq.

Beləliklə, hər iki ödənişin əhatə dairəsinə düşən və bir məhsul mövqeyindən ibarət bağlama üçün əlavə ödənişin ümumi məbləği 5 avro təşkil edəcək.

Aİ yeni qayda ilə elektron ticarət dövriyyəsinin artması fonunda nəzarət imkanlarını gücləndirməyi, eləcə də birliyin standartlarına uyğun olmayan məhsulların bazara daxil olmasının qarşısını daha effektiv şəkildə almağı hədəfləyir.

Məlumata görə, 2025-ci ildə Aİ ölkələrindəki istehlakçılara birbaşa göndərilən aşağı dəyərli məhsulların sayı 5,9 milyarda çatıb. Bu göndərişlərin 90 faizindən çoxunun Çindən gəldiyi bildirilib.

Aİ uzun müddətdir Çin mənşəli “Temu” və “AliExpress” onlayn alış-veriş platformaları, eləcə də Çində yaradılmış “Shein” elektron ticarət şirkəti vasitəsilə həyata keçirilən alış-verişlərə yeni vergi və rüsumların tətbiqini müzakirə edir.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR